Xəzər Xəbər

Bankomaı partladılaraq qarət etdilər

Dünya | 13:30 • 19 Sentyabr 2017
Bankomaı partladılaraq qarət etdilər

Moskvada Lermontov prospektində "Alfa-Bank”a məxsus bankomat partladılaraq qarət olunub.

"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bəzi mənbələr 15 milyon rublun (260 min dollar) oğurlandığını bildiriblər.

Hadisə sentyabrın 19-da səhər saatlarındabaş verib. Naməlum şəxslər bankomatı qazla partladaraq oradakı pulları götürüb qaçıblar.

Bank cinayət işinin açılması üçün istintaqa yardım edir.

Xəbər lenti