Xəzər Xəbər

Erməni ictimai xadim Sarkisyanı “oğru” adlandırdı

Dünya | 13:13 • 19 Sentyabr 2017
Erməni ictimai xadim Sarkisyanı “oğru” adlandırdı

ABŞ-da yaşayan erməni ictimai xadim Zare Palyan bəyan edib ki, Ermənistanda vəziyyət acınacaqlıdır və ölkə Serj Sarkisyan və digər məmurlardan qurtulmalıdır.


Zare Palyan Ermənistan rəhbərliyinin tamahkar olduğunu bildirib: "Limitsiz tamahkarlığın sonu yoxdur. Təbii ki, hər şeyi dəyişmək olar. Lakin bu insanlar sanki cənnətdədirlər. Vicdansız və cəzasız formada insanları qarət edirlər. İnsanların əllərində pulların olmamasına baxmayaraq, elektrik enerjisinin tariflərini qaldırırlar. Bu isə o anlama gəlir ki, onlar heç nəyi dəyişməyə çalışmırlar və insanların Ermənistanı tərk etməsi üçün hər şeyi edirlər. Bu yol bizi uçuruma aparır, onu dayandırmaq lazımdır”.


"Diaspor və potensial investorlar Ermənistana güvənirmi" sualına Zare Palyan belə cavab verb: "İnam sıfır səviyyəsindədir. Onlar bilirlər ki, insnaları məhkəməsiz qarət edirlər. Mən dörd dəfə Ermənistanda hər biri 30 min dollar olmaqla biznes açmağa çalışdım. Hər dəfə məni qarət etdilər. Ölkədə ədaləti bərpa edəcək məhkəmə yoxdur”.


İctimai xadimin fikrincə, bütün faciə bundan ibarətdir ki, Ermənistanda vəzifəyə qanında oğurluq və ədalətsizlik olan şəxslər təyin olunurlar.(azvision.az)

Xəbər lenti