Xəzər Xəbər

Maduro Papadan kömək istədi ABŞ-ın hücumunun qarşısını almaq üçün

Dünya | 11:36 • 23 Avqust 2017
Maduro Papadan kömək istədi

Venesuela prezidenti Nikolas Maduro Roma Papası Fransiskə müraciət edərək ABŞ-ın hücumunun qarşısını almaqda kömək istəyib.

Bu barədə "RİA Novosti" məlumat yayıb.

"Qoy Roma Papası bizə Trampın Venesuelaya hücumunun qarşısını almaqda və müxallifətlə qarşılıqlı hörmət əsaslanan dialoqun təşkil edilməsinə kömək etsin", - deyə Maduro Karakasda keçirdiyi mətbuat konfransında bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Venesuelaya hücum edəcəyi ilə hədələyib.

Daha əvvəl Venesuelada ölkə Konstitusiyasına dəyişiklikləri hazırlamaqla məşğul olacaq Milli Müəssislər Məclisinə seçkilər keçirilib. Bu orqanın çağırışı prezidentin təşəbbüsü ilə olub.

Müxalifət Milli Müəssislər Məclisinin referendum yolu ilə çağırılması zəruriliyini əsas gətirərək seçkilərin nəticələrini tanımayıb./publika.az

Xəbər lenti