Xəzər Xəbər

Tramp Meksika divarına görə ABŞ hökumətini bağlayacağı ilə hədələdi

Dünya | 11:25 • 23 Avqust 2017
Tramp Meksika divarına görə
ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhəddə divarın tikintisinə maliyyənin ayrılmasına razılıq ala bilmək üçün ölkə hökumətini bağlayacağı ilə hədələyib.

«Demokratlar istərdilər ki, biz bunu etməyək, ancaq inanın mənə, bu divarı almaq üçün biz hökumətimizi bağlayarıq. Biz öz divarımızı əldə edəcəyik», - deyə Tramp Feniksdə çıxışı zamanı bəyan edib.

Konqresə müraciət edən dövlət başçısı parlamentariləri amerikanın maraqlarını təmsil etdiklərini unutmamağa çağırıb./faktxəbər

Xəbər lenti