Xəzər Xəbər

“Normand dördlüyü” liderləri telefon danışığı aparıblar

Dünya | 11:15 • 23 Avqust 2017
“Normand dördlüyü” liderləri telefon danışığı aparıblar

«Normand dördlüyü» liderləri telefon danışığı aparıblar. Bu barədə AFR hökumətinin rəsmi nümayəndəsi Şteffan Zaybert bəyan edib.

Danqışıq çərşənbə axşamı günü baş tutub. Söhbətdə Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Anqela Merkel, Fransa prezidenti Emmanuel Makron və Ukrayna prezidenti Pyotr Poroşenko iştirak edib.

«Onlar (liderlər – red.) təhsil ili münasibətilə barışıq elan etmək barədə üçtərəfli kontakt qrupunun 23 avqust qərarına tam dəstəkləri barədə bəyan ediblər», _ deyə məlumatda bildirilir.

Bəyanatda həmçinin bu addımın Donbas sakinlərinin və xüsusən məktəblilərin vəziyyətinin yaxhılaşacağına ümid ifadə edilib.

Qeyd edək ki, bundan əvvəl Ukrayna prezidenti Pyotr Poroşenko bəyan etmişdi ki, Donbasda avqustun 25-dən sentyabrın 1-nə kimi barışıq elan edilə bilər./faktxəbər

Xəbər lenti