Xəzər Xəbər

Afrikada polisə təslim olanın dəhşətli etirafı — "İnsan əti yeməkdən bezdim"

Dünya | 18:30 • 22 Avqust 2017
Afrikada polisə təslim olanın dəhşətli etirafı

Cənubi Afrikada dəhşətli hadisə qeydə alınıb.

Durban şəhərində 4 nəfər yamyamlıqda ittiham olunaraq saxlanılıb. Yaşları 22-32 arasında dəyişən şəxslər cinayət və cinayət məqsədi ilə mütəşəkkil qruplaşma yaratmaqla ittiham edilirlər.

Müttəhimlərdən biri "insan əti yeməkdən bezdim"-deyərək polisə təslim olub və proses başlayıb. Polisdə ifadə verən müttəhim bir qadın əli və ayağını göstərib. Sonra isə onun KvaZulu Natal əyalətində göstərdiyi evdə çoxsaylı insan parçaları tapılıb.

Polisin mətbuat katibi bildirib ki, müttəhimlərin daha böyük bir yamyam qruplaşmanın üzvü olduğu ehtimal edilir. İstintaqı genişləndirən polis evdə tapılan bədən parçalarının bir yoxsa bir neçə nəfərə aid olduğunu müəyyənləşdirmək üçün tibbi ekspertizaya müraciət edib.

Qeyd edək ki, Durbanda bir ay əvvəl çiyin çantasında insan başı daşıyan bir nəfər həbs edilmişdi./olke.az


Xəbər lenti