Xəzər Xəbər

Şimali Koreyadan ABŞ-a "Böyük müharibə" XƏBƏRDARLIĞI

Dünya | 17:25 • 22 Avqust 2017
Şimali Koreyadan ABŞ-a "Böyük müharibə"

Şimali Koreya Cənubi Koreyavə ABŞ-ın 50 min əsgərlə birgə həyata keçirdikləri təlimlərə sərtreaksiya verib.

Təlimlərdə Böyük Britaniya, Avstraliya, Kanada və Hollandiya hərbçiləri də yer alıblar.

Rəsmi Pxenyan irimiqyaslı təlimlərdə yer alan ölkələri Şimali Koreyanı devirmək üçün gizli bir əməliyyat planlaşdırmaqda günahlandırıb.

Şimali Koreya ABŞ-ı müharibə ocağını qızışdırmaqda ittiham edərək bu təlimlərin böyük müharibəyə çevriləbiləcəyi xəbərdarlığını edib./milli.az

Xəbər lenti