Xəzər Xəbər

Putin XİN rəhbərinin müavinini ABŞ-a səfir təyin etdi

Dünya | 17:29 • 21 Avqust 2017
Putin XİN rəhbərinin müavinini ABŞ-a səfir təyin etdi
Rusiya prezidenti Vladimir Putin ölkənin XİN başçısının müavinini Anatoli Antonovu ABŞ-a səfir təyin edib. Bu barədə Kremlin saytında bildirilir.

"Anatoli İvanoviç Antonov prezident fərmanı ilə Rusiya Federasiyasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin olunub",-deyə məlumatda deyilir.

A.Antonov həmçinin Rusiyanın Vaşinqtonda Amerika Dövlətləri Təşkilatı yanında daimi müşahidəçisi təyin olunub.

Bu günə qədər həmin vəzifəni Sergey Kislyak icra edirdi./faktxəbər

Xəbər lenti