Xəzər Xəbər

Rusiyaya Türkiyədən tərəvəz idxalına qoyulan embarqonun ləğvi müddəti açıqlanıb

Dünya | 16:43 • 21 Avqust 2017
Rusiyaya Türkiyədən tərəvəz idxalına qoyulan embarqonun ləğvi müddəti açıqlanıb

Türkiyə kənd təsərrüfatı məhsullarının Rusiya bazarına tədarükü üçün embarqonu ləğv edilməsi bu il oktyabrın 20-dək baş verə bilər.


AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Rusiya-Türkiyə hökumətlərarası komissiyasının həmsədri və Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.


A.Novakın sözlərinə görə, Türkiyənin kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracına dair məhdudiyyətlərin aradan qaldırılmasına dair birinci məsləhətləşmə İzmirdə keçirilən beynəlxalq yarmarkada aparılıb. Sentyabrın 13-də hökumətlərarası komissiya çərçivəsində kənd təsərrüfatı üzrə işçi qrupunun keçirilməsi üçün razılığa gəldik.


Növbəti görüşə bütün növ meyvə-tərəvəzlər üçün lazımi sənədlər hazırlanacaq. Tomat üçün ayrıca təkliflər hazırlanacaq, lakin müqavilə parametrləri kənd təsərrüfatı nazirlikləri arasında müəyyənləşdiriləcək.


Rusiyanın Milli Meyvə-Tərəvəz İttifaqının məlumatına görə, Rusiyanın pomidor embarqosu Türkiyəyə iki milyard dollara başa gəlib.


Avqustun 9-da Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi əgər Moskva bir sıra kənd təsərrüfatı məhsullarının, o cümlədən pomidorun tədarükü üçün bəzi ticarət məhdudiyyətlərini aradan qaldırmayacağı təqdirdə Ankaranın əks-tədbirlər görəcəyini bəyan etmişdi.

Xəbər lenti