Xəzər Xəbər

Təyyarədə baş verəcək terrorun qarşısı alınıb

Dünya | 16:35 • 21 Avqust 2017
Təyyarədə baş verəcək terrorun qarşısı alınıb

Livan kəşfiyyatı Avstraliyadan Birləşmiş Ərəb Əmirliyinə uçan təyyarədə planlaşdırılan terror aktının qarşısını alıb.

Trend-in məlumatına görə, bu barədə Livanın daxili işlər naziri Nuhad Maşnuk mətbuat konfransında deyib. O, bildirib ki, təhlükəsizlik qüvvələri Əbu-Dabiyə uçan təyyarənin bortunda baş verəcək partlayışın qarşısını alıblar.

Onun sözlərinə görə, terror aktı Tarik Həyat adlı livanlı terrorçu və daha 4 nəfər tərəfindən hazırlanıbmış.

Xəbər lenti