Xəzər Xəbər

Qırğızıstan hökuməti istefa verib

Dünya | 16:29 • 21 Avqust 2017
Qırğızıstan hökuməti istefa verib

Bu gün Qırğızıstan hökuməti tam tərkibdə istefa verib.


AZƏRTAC xəbər verir ki, bu barədə Qırğızıstanın Baş naziri Sooronbay Jeenbekov hökumətin avqustun 21-də keçirilən iclasında məlumat verib.


Baş nazir deyib: "Qırğızıstan Sosial-Demokrat Partiyası prezident seçkiləri üçün mənim namizədliyimi irəli sürüb. Oktyabrın 15-də keçiriləcək seçkilərdə iştirak edəcəyəm və hökumətin istefası da bununla əlaqədardır”.


Qırğızıstan Prezidenti Almazbek Atambayev istefanı qəbul edib. O, Sooronbay Jeenbekovla görüşündə ona təşəkkürünü bildirərək deyib: "Prezidentliyim dövründə işlədiyim hökumətlərin ən yaxşısı sizin qurduğunuz hökumət olub”.

Xəbər lenti