Xəzər Xəbər

Nə üçün ingilislər yolun solu ilə sürürlər?

Dünya | 15:08 • 21 Avqust 2017
Nə üçün ingilislər yolun solu ilə sürürlər?

Əslində, düzgün sual bu olardı: nəyə görə digərləri sağ ilə sürürlər?

Nəzərə alsaq ki, insanların əksəriyyəti sağ-əllidir, təbii olaraq Antik dövrdən bəri döyüşçülər qılınclarını sağ əlləri ilə istifadə edirdilər və qılıncı qınından çıxarmaq asan olsun deyə onu bədənin sol tərəfində daşıyırdılar. Daha sonra cəngavərlər ata sol tərəfdən minirdilər ki, qılıncları ona zərər vurmasın. Bu adət hərbi təlimlərdə kodlaşdırıldı və bugün də at minmə qaydası kimi qəbul olunur. Ata minən döyüşçü qayışları sol əli ilə tuturdu və bu sol ilə sürmək demək idi. Nəzərə almaq lazımdır ki, bir yolda (cığırda) iki atlı cəngavərin qılıncı toqquşardısa, bu duelə dəvət idi. Bu baxımdan yolun solu ilə hərəkət məntiqli və normal qəbul olunurdu.

İndi isə əsas sualımıza qayıdaq: nəyə görə bəs digərləri sağ ilə sürürlər?

XəzərXəbər meslehetdir.com-a istinadən bildirir ki, səbəb Napoleon Bonapart-dır. XVIII əsrin sonlarında, döyüş meydanında düşmən qoşunlar bir-birinə sol tərəfdən toqquşurdular. Düşmənini çaşdırmaq üçün Napoleon ordusuna sağdan hücum etmək tapşırığı verir. Bu taktika uğur qazandıqdan sonra o, Fransada və qalib gəldiyi Belçika, İspaniya və İçveçrədə yolun sağ ilə sürməyi qanunlaşdırır. Avtomobilin kəşfindən sonra isə bu adət qonşu ölkələrə və dünyaya yayıldı, əlbəttə ki, Böyük Britaniya və onun keçmiş müstəmləkələrindən başqa (Avstraliya, Yeni-Zelandiya, Hindistan, Yamayka, CAR, Keniya, Malayziya və s.)

Bunları bilmək də maraqlıdır:

  • İsveç 1967-ci il 3 sentyabr saat 5-dən etibarən yolun sağından istifadəyə keçib.
  • Fransadan başqa (Highway Act 1835) dünyanın əksər ölkələrində qatarlar sağ yol ilə hərəkət edir. Fransada isə yalnız Alzas bölgəsində sağdan istifadə edilir, çünki bu region 1870-1918-ci illərdə alman nəzarətində olmuş və alman qanunları tətbiq edilmişdir.
  • Fransız metrosu sağ ilə hərəkət edir. Fransada isə yalnız bir şəhərdə, Lyon-da o solaxaydır. Səbəb isə onun gələcəkdə dəmir yolu şəbəkəsinə qoşulması planı olmuşdur.
  • Böyül Britaniyada isə yalnız bir yolda sağ ilə sürmək olar. Bu küçə Londonun mərkəzində lüks Savoy Court küçəsidir.

Xəbər lenti