Xəzər Xəbər

Baş nazir: Türkiyə suriyalı qaçqınların saxlanmasına 30 milyon dollar xərcləyib

Dünya | 14:51 • 21 Avqust 2017
Baş nazir: Türkiyə suriyalı qaçqınların saxlanmasına 30 milyon dollar xərcləyib

Türkiyə suriyalı qaçqınların saxlanmasına təqribən 30 milyon dollar xərcləyib.

Trend-in məlumatına görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.

O qeyd edib ki, hazırda suriyalı qaçqınlar daha çox məhz Türkiyədə məskunlaşıblar.

Baş nazir bildirib ki, Türkiyə Rusiya və İran kimi Suriyada sülh və sabitliyin bərqərar olmasını istəyir:

"Türkiyə, Rusiya və İran sayəsində Suriyada müxalifətlə rejim qüvvələri arasında barışıq əldə olundu".

Xəbər lenti