Xəzər Xəbər

Moldovanın Təhsil və Ədliyyə nazirliklərində saxta diplomlara görə axtarışlara başlanılıb

Dünya | 14:44 • 21 Avqust 2017
Moldovanın Təhsil və Ədliyyə nazirliklərində saxta diplomlara görə axtarışlara başlanılıb

Moldovanın Korrupsiyaya Qarşı Milli Mərkəzinin və Antikorrupsiya Prokurorluğunun əməkdaşları ölkənin Təhsil və Ədliyyə nazirliklərində korrupsiyaya dair açılan cinayət işi ilə əlaqədar axtarışlar aparırlar.


AZƏRTAC xəbər verir ki, bu barədə mərkəzin mətbuat katibi Anjela Starinski məlumat yayıb.


Onun sözlərinə görə, cinayət işi Moldova vətəndaşları və xarici vətəndaşlar üçün qanunsuz sənədlərin, diplomların hazırlanması üzrə açılıb. Ona görə də adıçəkilən nazirliklərdə axtarışlar aparılır.


A.Starinski bildirib ki, bu cinayət işində Təhsil və Ədliyyə nazirliklərinin, notarius, tərcümə mərkəzlərinin vəzifəlilərinin də adları keçir.


Xəbər lenti