Xəzər Xəbər

İlon Maskdan BMT-yə xəbərdarlıq — "Qatil robot istehsalı dayandırılsın"

Dünya | 13:35 • 21 Avqust 2017
İlon Maskdan BMT-yə xəbərdarlıq

Dünyanın robot və süni zəka mütəxəssisləri BMT-yə məktub yazıblar.

Məktubda öldürmə bacarığı olan robotların istehsalı və istifadəsinin qadağan edilməsi tələb olunur.

Aralarında İlon Mask və "Deep Mind"ın qurucusu olan Mustafa Süleymanın da olduğu mütəxəssislər "Pandoranın qutusu açıldıqdan sonra bağlamaq çox çətin olacaq"-deyirlər.

Məkubu 26 ölkənin 116 mütəxəssisi imzalayıb. Məktubda süni zəka çalışma hədəflərinin insan öldürə bilən robotlar olmamasına diqqət çəkilib.

Mütəxəssislərin qələmə aldığı məktubda deyilir: "Belə tip silahlar kəşf edilsə savaşlar çox sürətlə vüsət alacaq. Bu silahlar terrorçu və ya despotlar tərəfindən istifadə edilə biləcəyi kimi hakerlər tərəfindən də istifadə edilə bilər. Hərəkətə keçmək üçün vaxtımız azdır. Pandoranın qutusu bir dəfə açıldıqdan sonra onu bağlamaq çox çətin olacaq".

Bəzi mütəxəssislər savaşlarda süni zəkadan istifadənin hərbçilərin təhlükəsizliyini artıracağını bildirsə də, bir çoxları süni zəkanın verəcəyi qərarların müharibələrə səbəb olacağını qeyd edir.

Sidneydəki Nyu Souz Veyls universitetinin süni zəka üzrə professoru Tobi Volş bildirir ki, süni zəka digər texnologiyalar kimi yaxşı və pis məqsədlər üçün istifadə ediləcək./olke.az



Xəbər lenti