Xəzər Xəbər

ABŞ-da qəribə hadisə — "Gülməkdən öldü" sözü reallığa çevrildi

Dünya | 12:57 • 21 Avqust 2017
ABŞ-da qəribə hadisə

ABŞ-ın Pensilvaniya ştatında qəribə hadisə baş verib.

Dostları ilə söhbət edərkən gülməkdən ürəyi gedən müəllimə tarazlığını itirərək balkondan yıxılıb.

15 yaşlı qızı ilə istirahətdə olan müəllimənin tətili faciə ilə nəticələnib. Böyük qardaşı Devid bacısının güləndə balkonun kənarında durduğunu, qəhqəhə çəkəndə başını arxaya atdığını və tarazlığını itirərək yıxıldığını bildirir.

Bədəni bir neçə yerdən yaralanan və beyni zədələnən Kiferno San Dieqo xəstəxanasında dünyasını itirib.

28 ildir müəllimə işləyən Kifernonun ölümü valideynləri və şagirdləri yasa boğub. İki övladı anasız qalan müəllimənin orqanları 5 nəfərə bağışlanıb./olke.az


Xəbər lenti