Xəzər Xəbər

Alimlərdən yeni iddia — Günəşdə baş verən güclü partlayış bəşəriyyəti məhv edəcək

Dünya | 12:43 • 21 Avqust 2017
Alimlərdən yeni iddia —

Bəşəriyyəti Günəşdə baş verən güclü partlayış məhv edəcək.

Harvard universitetinin astronomiya fakultəsinin rəhbəri Abraham Loeb və onun həmkarı Manasvi Linqam bu qənaətə gəliblər. Alimlər kitabxanadakı elektron arxivləri incələdikdən sonra bu fikri səsləndiriblər:

"Biz bildiririk ki, güclü partlayış riski kifayət qədər dəyərləndirilməyib. Bəşəriyyət güclü partlayışların yaranmasına şahid ola bilər. Bu vəziyyət min il ərzində iqtisadi, texnoloji cəhətdən dağıdıcı itkilərə səbəb ola bilər".

Açıqlamada qeyd edilir ki, günəşin partlayışlarının enerjisi 2*1034-dən 6*1036 erq arası intervalda dəyişir. Bu rəqəmlərin aşağı sərhədi planetin eko sisteminin minimal dağılmasına səbəb ola bilər.

Günəşdə baş verən partlayışlar Yerin ətrafındakl peykləri, planetin elektrik sistemini sıradan çıxara bilər. Onlar ozon təbəqəsini dağıda bilərlər. Bu isə planetin məhvi deməkdir.

Super partlayışlar alimlərin hesablamalarına əsasən 2 min ildən bir baş verir. Sonuncu dəfə 775-ci ildə müşahidə edilib və 750 il sonra təkrarlanması ehtimal edilir./olke.az


Xəbər lenti