Xəzər Xəbər

Nigeriya prezidenti ölkəni bölməkdən imtina etdi

Dünya | 12:46 • 21 Avqust 2017
Nigeriya prezidenti ölkəni bölməkdən imtina etdi
Nigeriya prezidenti Məhəmməd Buxari ölkəni bölməklə bağlı təkliflərə rədd cavabı verib. Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Qeyd edək ki, Məhəmməd Buxari Böyük Britaniyada son üç ayı müalicə kursu keçib. O, ölkəsinə qayıtdıqdan sonra əhaliyə telekanallar vasitəsilə müraciət edib.

"Mən bəzi vətəndaşların sosial şəbəkədə bizim milli "qırmızı xətti"mizi keçən fikirlərini görəndə çox məyus oldum. Onlar millət kimi bizim ümumi mövcudluğumuzu sual altında qoymaq istəyirlər. Nigeriya dövlətinin suverenliyi müzakirə olunmur. Biz məsuliyyətsiz ünsürlərə aramızda ədavət salmağa imkan verməməliyik",-deyə Nigeriya prezidenti əlavə edib.

Nigeriyada təxminən 180 milyon əhali yaşayır. Onlardan təxminən yarısı müsəlman, qalanları isə xristian dininə itaət edirlər. Ölkədə təxminən 250 etnik qrup var. /faktxəbər

Xəbər lenti