Xəzər Xəbər

Zaxarova İsraili satqın adlandırıb

Dünya | 12:27 • 21 Avqust 2017
Zaxarova İsraili satqın adlandırıb

"Rusiyanın keçmiş Sobibor əsir düşərgəsindəki muzeyin yenilənməsinə buraxılmaması ilə bağlı İsrailin mövqeyi tarixi satqınlıqdır". Bu sözləri Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

"Mən İsrailin mövqeyini başa düşməkdən qəti imtina edirəm. Bunu şəxsim adından deyirəm ki, Rusiyanın keçmiş Sobibor əsir düşərgəsindəki muzeyin yenilənməsinə buraxılmaması ilə bağlı İsrailin mövqeyi qəbuledilməzdir və bu, tarixi satqınlıqdır",-deyə Zaxarova əlavə edib.

Rusiya rəhbərliyi Polşada yerləşən və İkinci Dünya müharibəsi zamanı 250 min yəhudiyə məzar olan keçmiş Sobibor əsir düşərgəsindəki muzeyin yenilənməsi işinə buraxılmayıb. /faktxəbər

Xəbər lenti

Çox oxunanlar