Xəzər Xəbər

ABŞ-ın hərbi gəmisi tankerlə toqquşub: 10 əsgər itib, 5-i yaralanıb

Dünya | 11:30 • 21 Avqust 2017
ABŞ-ın hərbi gəmisi tankerlə toqquşub:

ABŞ donanmasına məxsus "USS John S McCain” adlı hərbi gəmi Sinqapura doğru hərəkət edərkən Malakka Boğazında Liberiyanı "Alnic MC” neft tankeri ilə toqquşub.

ABŞ Hərbi-Dəniz Qüvvələrinin yaydığı açıqlamada bildirilir ki, hadisə nəticəsində 10 əsgər itkin düşüb, 5 nəfər yaralanıb.

Hazırda itən şəxslərin axtarışı davam etdirilir. Xilas etmə işlərinə Sinqapur Donanması da qoşulub. Gəmidə 140-dək ekipaj üzvünün olduğu deyilir.

Qeyd edək ki, Malakka Boğazı dünyada dəniz nəqliyyatının ən sıx olduğu ərazilərdən biridir.

Xəbər lenti