Xəzər Xəbər

Dünyanı yeni xəstəlik bürüyə bilər Nigeriyada mənşəyi məlum olmayan virus yayıldı

Dünya | 10:40 • 19 Avqust 2017
Dünyanı yeni xəstəlik bürüyə bilər

Nigeriyada mənşəyi məlum olmayan xəstəlik yayılıb.

Son 3 həftə ərzində yüzlərlə insan yüksək hərarət, halsızlıq və digər şikayətlərlə həkimə müraciət edib. Xəstəlik səbəbiylə 50-dən çox insan həyatını itirib.

Bildirilir ki, bu hal əsasən qərb əyalətlərində müşahidə olunur. Ümumdünya Səhiyyə Təşkilatı xəstəliyin araşdırılması üçün bölgəyə xüsusi həkim birqadası göndərib. Hələlik xəstəliyin müalicəsi və onun yaranmasına səbəb olan amilləri müəyyən etmək mümkün olmayıb./metbuat.az

Xəbər lenti