Xəzər Xəbər

Yaponiya və Çin arasında gərginlik Pekinə xəbərdarlıq edildi

Dünya | 10:08 • 19 Avqust 2017
Yaponiya və Çin arasında gərginlik

Bugün səhər saatlarında Şərqi Çin dənizində gərginlik yaşanıb.

Çinin sahil mühafizə xidmətinə məxsus 4 gəmi Yaponiyanın nəzarətindəki mübahisəli ərazilərə daxil olub. Gəmilərdən birində uzunmənzilli silah qurğularının olduğu diqqət çəkib. Yaponiya qarşı tərəfə ölkə sərhədlərini pozduğuna görə xəbərdarlıq edib.

Pekinə məxsus gəmilərin bölgədə neçə saat qaldığı məlum deyil.

Qeyd edək ki, Şərqi Çin dənizindəki bəzi bölgələr mübahisəli ərazilər sayılır və onlara bütün qonşu ölkələr iddia edir./publika.az

Xəbər lenti