Xəzər Xəbər

Hotellərdə yer qalmadı, biletlər 400 dollar bahalaşdı: Hamı 3 gün sonra bu ölkəyə axışacaq

Dünya | 16:07 • 18 Avqust 2017
Hotellərdə yer qalmadı, biletlər 400 dollar bahalaşdı:

Avqustun 21-də ABŞ-da günəş tutulması müşahidə olunacaq.

Təbiət hadisəsinə maraq Hotel rezervasiyalarında sıxlıq yaranmasına səbəb olub.


Milyonlarla astronomiyasevər qeyri-adi anı gözləyir. 1776-cı ildən bu yana Amerikada ilk dəfə bu qədər dəqiq görünəcək tutulma hadisəsi, xüsusilə, Hopkinsvill, Kentukki kimi şəhərlərdəki Hotel və motellərin işinə yarayıb. Ən aşağı keyfiyyətdə motel otaqlarının qiymətləri belə bir sutka üçün 400 dollardan baha satılır. Oreqon düşərgə bölgəsindəki yerlər demək olar ki, dolub. Amerikalı astronomlar tutulmanın ən dəqiq Şimali Amerikada 100 kvadrat kilometrlik bir sahədə izlənəcəyini bildirib. Bu ərazinin yaxınlığında gecələmək üçün yerlərin qiyməti 1000 dollara yaxınlaşıb. Qalacaq yer problemdən əlavə nəqliyyat da çətinlik yaradır. Los-Ancelesdən Kanzasa 200 dollara olan uçuşların qiyməti 608 dollaradək qalxıb. Bəzi bölgələrdə qismən olsa da, bütün ABŞ-da görünəcək Günəş tutulması dünya üzrə son 10 ilin ən böyük tutulması olacaq.

Qeyd edək ki, gecə saatlarına təsadüf etdiyindən Azərbaycanda müşahidə olunmayacaq. Günəş tutulması üçün növbəti tarix 2060-ci ildir. /Cebhe.info

Xəbər lenti