Xəzər Xəbər

Kim Çen İn ABŞ-ı niyə hədələyir? — 4 SƏBƏB

Dünya | 14:08 • 18 Avqust 2017
Kim Çen İn ABŞ-ı niyə hədələyir?

Şimali Koreya sonuncu dəfə ABŞ-ın Quam adasına raket zərbəsi endirəcəyini açıqlamışdı. Bəs görəsən, Şimali Koreyanın bu hədələrinin arxasında hansı səbəblər var?

1. Güc nümayişi ilə çevriliş təhlükəsini özündən uzaqlaşdırmaq

ABŞ prezidenti Donald Tramp Şimali Koreya ilə baş verən gərginlikdən əvvəl Reks Tillerson vasitəsilə açıqlama verərək rəsmi Pxenyan hökumətinin rejim dəyişikliyini dəstəkləmədiyini və Şimali Koreyanın silah proqramını dayandırmaq üçün diplomatik bir həll axtarmağa çalışdığını bəyan etdi. Bu açıqlamalardan sonra Kim Çen İn Səddam Hüseyn rejiminin ABŞ tərəfindən devrildiyini, İraq kimi digər dövlətlərin də olduğunu nəzərə alaraq rejiminin iqtidarda qalması üçün yeganə çıxış yolunu nüvə gücü nümayişində görür. ABŞ-ı hədələyən nüvə silah proqramı Kim Çen İnin ABŞ-ın rəhbərlik etdiyi koalisiya tərəfindən devrilməsinə qarşı bir sığortalanmadır.

2. Sanksiyaları ləğv etdirmək

2006-cı ildə BMT Şimali Koreyanın nüvə sınağından sonra müxtəlif sanksiyalar tətbiq edib. Sanksiyalar bu günə qədər də davam edir. 5 avqustda isə BMT Təhlükəsizlik Şurasında səsbirliyi ilə qəbul edilən sanksiyalar Şimali Koreyaya 1 milyard dollara başa gəldi. Şimali Koreya son sanksiyalarla ABŞ-ı Koreya yarımadasını nüvə müharibəsinin astanasına gətirməklə günahlandırdı.

3. Cənubi Koreyadakı ABŞ hərbi gücünü ortadan qaldırmaq

Şimali Koreya ilə Cənubi Koreya arasındakı sərhəd dünyanın ən hərbiləşdirilmiş sahələrindən biridir. Pyonqyanq bölgəsində 28 min ABŞ, 680 min isə Cənubi Koreya əsgəri var. Birləşmiş Koreyanın ABŞ ilə ittifaq quracağından çox qorxan Çin ABŞ hərbi birləşmələrini regiondan "ləğv etmək" arzusundadır.

4. Koreya savaşını rəsmi olaraq başa çatdırmaq

Rəsmi olaraq müharibə vəziyyətində olan ABŞ və Şİmali Koreyanın diplomatik münasibətləri yoxdur və hələ də düşməndirlər. İki ölkə 1950-53-cü illər arasında Koreya savaşını başa çatdırmaq üçün sadəcə bir atəşkəs elan ediblər. Düşmənçilik artıq üç nəsildir ki, davam edir və Şimali Koreya təcrid və yoxsul vəziyyətə düşüb. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi Şimali Koreyanın 230 ölkə arasında ən kasıb 213-cü dövlət olduğunu bildirir.

Rəsmi bir sülh müqaviləsi isə Şimali Koreya üçün iqtisadi və siyasi dəstək mənasına gəlir. Amma Kim Çen İn hazırda nüvə proqramını dayandırmaq əvəzinə açıqlamaları ilə gərginliyi daha da artırmağı üstün tutur./olke.az

Xəbər lenti