Xəzər Xəbər

Əsəd ordusu terrorçuları mühasirəyə alıb

Dünya | 12:19 • 18 Avqust 2017
Əsəd ordusu terrorçuları mühasirəyə alıb

Suriyanın hökumət qüvvələri Akerbat şəhərində terrorçuları mühasirəyə alıb.

Terrorçular kiçik qruplarla avtomobillərdə, avtobuslarda və zirehli texnika ilə Deyr-zz-Zor şəhəri istiqamətində mühasirəni yarıb qaçmağa cəhd ediblər.

Rusiyanın Müdafiə Nazirliyinin məlumatına görə, Hava Qüvvələrinin dəstəyi ilə Suriya qoşunlarının hücum dəstəsi son bir neçə gün ərzində Xsaya və Es-Savannet yaşayış məntəqələrində yerləşən yüksəkliklərə nəzarəti ələ alıb. Suriya qoşunlarının uğurlu əməliyyatı nəticəsində terrorçuların silah-sursatla təmin olunmasının qarşısı alınıb.

Qeyd edilib ki, Rusiya Hava Qüvvələri silahlı dəstələrin mühasirəni yarıb Deyr-zz-Zor şəhəri istiqamətində qaçısının qarşısını almaq məqsədi ilə pilotsuz uçuş aparatları vasitəsi ilə kəşfiyat əməliyyatları həyata keçirir.

Zirehli texnkalar, ağır silahlı yük maşınları, terrorçuların nəqliyyat vasitələri aşkar edilərək məhv edilir./azvision.az

Xəbər lenti