Xəzər Xəbər

Mayk Pens: "ABŞ diktatoru qəbul etməyəcək"

Dünya | 11:13 • 14 Avqust 2017
Mayk Pens:

Venesuela və ABŞ arasındakı gərgin münasibət səngimək bilmir.

ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib ki, qarşı tərəf danışıqları qəbul edərsə, Venesuela böhranını danışıqlar yolu ilə həll oluna bilər.

Ölkənin diktatura rejimində olduğunu bildirən M. Pens ABŞ-ın bunu qəti şəkildə qəbul etməyəcəyini, lakin buna baxmayaraq, məslənin sülh yolu ilə həllinə çalışdığını deyib.

Son olaraq onu da qeyd edib ki, danışıqların müsbət nəticələnməyəcəyi halda, tezliklə Venesuelaya qarşı yeni sanksiyalar tətbiq olunacaq./publika.az

Xəbər lenti