Xəzər Xəbər

Şimali Koreya lideri müşavirə üçün səfirlərini geri çağırdı

Dünya | 11:10 • 14 Avqust 2017
Şimali Koreya lideri müşavirə üçün səfirlərini geri çağırdı
Koreya Xalq Demokratik Respublikasının (KXDR) rəhbərliyi Koreya yarımadasında vəziyyətin kəskinləşməsi fonunda xarici siyasi məsləhətləşmələrin keçirilməsi üçün 3 ölkədəki səfirləri geri çağırıb. Bu barədə "TASS" agentliyi məlumat yayıb.

Müşavirə üçün Pxenyana çağrılan səfirlər Rusiya, Çin və BMT-dəki diplomatlardır.

"Yonhap" xəbər verir ki, sonuncu dəfə 2015-ci ilin iyulunda KXDR-in 43 ölkədəkli səfiri müşavrə üçün Şimali Koreyaya qayıtmışdı.

Qeyd edək ki, Şimali Koreyanın keçirdiyi raket sınaqları Koreya yarımadasında vəziyyəti gərginləşdirib. İyulda KXDR iki dəfə ballistik raket sınaqdan keçirib ki, bu da ABŞ, Yaponiya və Cənubi Koreya tərəfindən kəskin reaksiya doğurub. BMT-nin Təhlükəsizlik Şurasında 5 avqustda Pxenyanın raket sınaqlarından sonra sanksiyaları sərtləşdirən qətnamə yekdilliklə qəbul edilib./faktxəbər

Xəbər lenti