Xəzər Xəbər

Hannibalizmin dini ritualın tərkib hissəsi olduğu ortaya çıxdı

Dünya | 15:29 • 11 Avqust 2017
Hannibalizmin dini ritualın tərkib hissəsi olduğu ortaya çıxdı

İngiltərənin cənub-qərbində yerləşən Qaf mağarasından tapılan insan sümükləri şok faktları üzə çıxarıb.

Somerset bölgəsində yerləşən mağaradan 15 min əvvələ aid izlər hannibalizmin mövcud olduğunu ortaya çıxarıb. 1987-ci ildə tapılan sümüklərin üstündəki cızıqları analiz edən antropoloqlar bunun adi və ya dişin yaratdığı izlər olmadığını deyir.

London Təbiət Tarixi Muzeyinin antropoloqu Silvia Bello Qaf mağarasındakı izlərin Avropada eyni dövrə aid dini rituallarla oxşar və hannibalizmlə əlaqədar olduğunu bildirib.

Xəbər lenti