Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, rəsmi Ankara Qərbin Rusiyaya qarşı sanksiyalarını dəstəkləmir.
Nazir qeyd edib ki,
sanksiyalar Türkiyənin iqtisadiyyatına zərər vuracaq.
"Əvəllər Türkiyə də sanksiyalardan əziyyət çəkib. Bizim qonşularımız
və müttəfiqlərimiz arasında olan sanksiya iqtisadiyyatımıza mənfi təsir
göstərir”.
Çavuşoğlu vurğulayıb ki, Türkiyə problemlərin həlli üçün başqa
variantların tapılmasına çalışır: "Biz Rusiyaya qarşı sanksiyalara
qatılmırıq və qarşılıqlı siyasətə üstünlük veririk”.