Xəzər Xəbər

Kim Çen İnin ABŞ-ı vurma planı üzə çıxdı — Quama 4 raket atılacaq

Dünya | 14:15 • 11 Avqust 2017
Kim Çen İnin ABŞ-ı vurma planı üzə çıxdı

Vaşinqton-Pxenyan arasında gərginlik artmağa davam edir.

Bu gərginlik fonunda Kim Çen İnin ABŞ-ı vurma planı üzə çıxıb. Plana görə rəsmi Pxenyanın atacağı 4 raket 3.356 km məsafə qət edərək Quam adasına düşəcək.

3-cü dünya müharibəsinin ilk addımları kimi qəbul edilən Kim Çen İn və Trampın söz duelindən sonra Şimali Koreyanın rəsmi xəbər agentliyi Quama raket hücumunun planını üzə çıxarıb. Avqust ayının ortasında həyata keçirilməsi planlaşdırılan hücum barədə Şimali Koreya ordusunun generalı Kim Rak Qyom məlumat verib: " "Hwasong-12" model 4 ədəd uzaqmənzilli ballistik raket eyni anda havaya qalxacaq və Yaponiyanın üstündən keçərək Quama doğru hərəkət edəcək. Raketlər 3.356 km məsafəni 17 dəqiqə 45 saniyəyə qət etdikdən sonra Quam adasına düşəcək".

General bildirib ki, avqust ayının ortalarına qədər plan dəqiqləşdirilib detallar üzərində işlənəcək. Kim Çen İnin əmrindən sonra isə start düyməsinə basılacaq./olke.az


Xəbər lenti