Xəzər Xəbər

Bir həftəyə SON DÖYÜŞLƏR BAŞLAYIR: düşmənin xain planı ÜZƏ ÇIXDI

Dünya | 12:46 • 11 Avqust 2017
Bir həftəyə SON DÖYÜŞLƏR BAŞLAYIR:

Türkiyənin Suriyanın Afrin bölqəsində əməliyyata hazırlaşması ABŞ və onun kimayə etdiyi PYD-ni (PKK terror təşkilatının Suriya qolu) təlaşa salıb.

"Haber7” saytı xəbər verir ki, İŞİD terror təşkilatını bəhanə edərək Suriyanın şimalını PKK-ya təslim edən ABŞ indi də "Əl-Qaidə”yə hücum adı ilə İdlibi işğal etməyə hazırlaşır.

Suriyanın şimalında dövlət qurulması üçün PYD-yə 3 ayda 1100 TIR silah-sursat göndərən ABŞ PYD-nin nəzarətindəki Afrinin cənubunda yerləşən İdlibə hücum planı hazırlayır.

ABŞ gücləri Ayn əl-Arab, Tel-Abyad və Rimeylanda qurduğu bazalardan pilotsuz uçuş aparatları qaldıraraq bölgədə müxalifət güclərinin vəziyyətinə dair kəşfiyyat məlumatlari toplayır. ABŞ həmçinin "MOC” ("Birgə Əməliyyat Qurumu”) nəzdində 2014-ci ildən bu yana əlaqə qurduğu müxalifət qruplarının bəzi nümayəndələrini İncirlik hərbi hava bazasına çağırıb. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) ilə birbaşa bağlı olan bu şəxlərin İdlibdə Türkiyənin dəstəklədiyi müxalifət qrupları barədə məlumatlar verdiyi bildirilir.

Çankayada təcili toplantı

Ankara ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) yeni oyununu diqqətlə izləyir. Türkiyə Silahlı Qüvvələri Afrinin şərqində yerləşən "Fərat Qalxanı” bölgəsinə davamlı olaraq hərbi güc toplayır. Eyni zamanda İdlibdə Azad Suriya Ordusuna (ASO) bağlı olan qruplara dəstək də artırılıb. ABŞ-ın Suriyadakı son addımları iki gün əvvəl Çankaya Köşkündə keçirilən təhlükəsizlik toplantısında müzakirə edilib. Toplantıya baş nazir Binəli Yıldırım, prezident sözçüsü İbrahim Kalın, Baş qərargah başçısı Hulusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu, Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan və digər yüksək səviyyəli rəsmilər qatılıblar. Toplantıda ABŞ-ın İdlibin işğalı əməliyyatına başlayacağı halda Türkiyənin cavab addımlarının nədən ibarət olacağı müzakirə olunub.

Əvvəl bombardman, sonra işğal

Məlumata görə, Pentaqon İdlibin mərkəzi və ətrafını 15-20 gün ərzində fasiləsiz bombardman edəcək. Daha sonra isə bölgəyə PKK/PYD güclərinin daxil olacağı bildirilir.

Əməliyyat planına həmçinin ABŞ xüsusi təyinatlıları da daxil edilib. Əməliyyata lojistik dəstək isə Suriya hökumət qüvvələrinin nəzarət etdiyi bölgədən quru yolu ilə veriləcək. Hücumun bir həftə ərzində başlayacağı gözlənilir. Əməliyyatın nəticələrinin ümumilikdə Suriya müharibəsinin gedişatında həlledici rol oynayacağı deyilir./publika.az

Xəbər lenti