Xəzər Xəbər

Çin ABŞ-ı təxribatda günahlandırdı

Dünya | 11:02 • 11 Avqust 2017
Çin ABŞ-ı təxribatda günahlandırdı

Çinin Xarici işlər və Müdafiə Nazirlikləri, dünən ABŞ-ın döyüş gəmisinin Cənubi Çin dənizindəki Nanşa adalarına yaxınlaşdığına görə Vaşinqton rəhbərliyini təxribatda günahlandırıb.

Xarici İşlər Nazirliyi sözçüsü Ging Şuang keçirdiyi mətbuat konfransında ABŞ donanmasına aid USS John S. Makkeyn adlı raket destroyerinin dünən Çin hökumətinin icazəsi olmadan Nanşa adalarındakı süni Meyci (Mischief) resifinə yaxınlaşdığını bildirib. Ging Çinin suverenliyi və milli təhlükəsizliyinə ciddi zərər verən bu hərəkətə görə ABŞ-a etiraz etdiklərini ifadə edib.

Filippinin paytaxtı Manilada keçirilən Cənub-Şərqi Asiya Beynəlxalq Birliyi (ASEAN) Xarici İşlər Nazirləri Yığıncağında Cənubi Çin dənizində təzyiqin aşağı salınması üçün konstruktiv addımlar atıldığına diqqəti çəkən Ging, "Bəzi bölgə xarici ölkələr, sözdə naviqasiya azadlığı bəhanəsiylə bölgədəki müsbət havanı pozmağa çalışır"-deyə bildirib.

Xəbər lenti