Xəzər Xəbər

Abu-Dabi dünyada ən təhlükəsiz şəhər hesab edilir

Dünya | 15:45 • 10 Avqust 2017
Abu-Dabi dünyada ən təhlükəsiz şəhər hesab edilir

Numbeo şirkəti 2017-ci ildə dünyanın ən təhlükəsiz ölkələrinin reytinqini açıqlayıb. Burada təhlükəsizlik və cinayətin az olmasına görə ən yaxşı göstəricini Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) nümayiş etdirib.

Abu-Dabi 86,46 bal təhlükəsizlik indeksi ilə reytinq cədvəlinə başçılıq edib. Ondan sonra Bazel (İsveçrə), Münxen (Almaniya), Sinqapur (Sinqapur), Kvebek (Kanada), Taybey (Çin), Boyse (ABŞ), Bern (İsveçrə), Sürix (İsveçrə) şəhərləri göstərilir.

Dəkkə (Banqladeş) Asiyada, San-Pedro-Sula (Qonduras) isə dünyada ən təhlükəli şəhər hesab olunur.

Qeyd etmək lazımdır ki, Numbeo şirkəti beynəlxalq reytinqlərin hazırlanmasında məlumatların toplanması və təhlili üzrə ixtisaslaşır.

Xəbər lenti