Xəzər Xəbər

Dəhşətli qəza: 76 sm metal sinəsini deşib... SON DƏQİQƏ

Dünya | 13:30 • 7 Avqust 2017
Dəhşətli qəza: 76 sm metal sinəsini deşib...

Hindistanda dəhşətli avtomobil qəzası baş verib.

Hindistanın qərb əyalətlərindən olan Gujaratda 26 yaşlı Piyuş Sundarva sükan arxasında yatıb. Ehtiyatsızlıq səbəbindən idarə etdiyi avtomobil yol kənarındakı dirəyə çırpılıb.

Hadisə nəticəsində təxminən 76 santimetrlik metal parça avtomobilin ön şüşəsindən keçərək oğlanın sinəsinə girib.

Sürücü özünü itirmədən hadisə yerinə təcili tibbi yardım briqadası çağırıb.

2 saatdan çox davam edən əməliyyatda dəmir metal oğlanın sinəsindən çıxarılıb. Sol əlinin iki barmağını itirən Piyuş Sundarvanın vəziyyətinin ağır olduğu deyilib./publika.az






Xəbər lenti