Xəzər Xəbər

Vəliəhd şahzadəyə qarşı sui-qəsd Sarayda ŞOK

Dünya | 12:55 • 7 Avqust 2017
Vəliəhd şahzadəyə qarşı sui-qəsd

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana sui-qəsd cəhdi olub.

Bu iddia ilə İranın yarı-rəsmi informasiya agentliyi kimi tanınan "Fars” çıxış edib.

İddiaya görə, şahzadə Məhəmmədi öldürməyə çalışan şəxs kral ailəsindən olan başqa bir şahzadədir. Şahzadə Məhəmmədin vəziyyətinin yaxşı olduğu, sui-qəsdçi şahzadənin isə həbs olunduğu bildirilir.

Agentlik qeyd edir ki, siyasi analitiklər kral Salman bin Əbdüləziz əl-Səudun qısa müddət ərzində taxtdan imtina edəcəyini proqnozlaşdırırlar. Bildirilir ki, vəliəhd şahzadəyə sui-qəsd cəhdinin hədəfi də məhz onun taxta əyləşməsinin qarşısını almaq olub.

"El Rey el Yevm” qəzeti isə iddia edir ki, kral Salman oktyabr-dekabr aylarında taxtdan imtina edəcək./publika.az

Xəbər lenti