Xəzər Xəbər

ABŞ-da təyyarə burulğana düşdü 10 nəfər xəsarət aldı

Dünya | 12:06 • 7 Avqust 2017
ABŞ-da təyyarə burulğana düşdü

ABŞ-da "American Airlines" şirkətinin təyyarəsi burulğan zamanı enərkən 10 sərnişin xəsarət alıb.

Bu barədə "CBS" hava şirkətinin nümayəndəsinə istinadən xəbər verib. Xəbərdə bildirilir ki, Afinadan Filadelfiyaya uçan təyyarə eniş zamanı güclü burulğan zonasına düşüb. Nəticədə 3 sərnişin və 7 ekipaj üzvü xəsarət alıb.

Onlar tibbi yoxlamaya göndəriliblər. Yaralıların səhhəti barədə məlumat verilmir./publika.az

Xəbər lenti