Xəzər Xəbər

ABŞ Rakkanı fosfor bombaları ilə vurdu

Dünya | 14:31 • 6 Avqust 2017
ABŞ Rakkanı fosfor bombaları ilə vurdu

ABŞ liderliyindəki İŞİD-ə qarşı vuruşan koalisiya qüvvələri Rakkadakı xəstəxanalardan birinə fosfor bombası ilə hücum edib.

Axar.az xəbər verir ki, bu barədə SANA agentliyinə danışan Suriya Qızıl Aypara cəmiyyətinin yerli bürosununn sədr müavini Dina əl-Əsəd cümə axşamı baş tutan hücum zamanı koalisiya qüvvələrinin Rakkadakı yerli xəstəxananı bombaladığını və qadağan olunmuş fosfor bombasından istifadə etdiyini bildirib.

Əl-Əsəd xəsətəxanaya atılan 20-dən çox bombanın elektrik generatorlarını, təcili yardım maşınlarını və xəstəxanadakı bir sıra müəssisələri hədəfə aldığını söyləyib.

Qeyd edək ki, bölgədə azı 200 min mülki vətəndaşın olduğu deyilir və hər dəfə İŞİD-ə qarşı həyata keçirilən bombardman zamanı onlarla günahsız insan həlak olur. Xüsusən, şəhərə davamlı olaraq atılan fosfor bombası oksigenlə təmas zamanı alovlanır və bu alov insanın sümüklərini belə əridəcək qədər güclüdür.

Rubrikanın digər xəbərləri

Xəbər lenti