Xəzər Xəbər

Avropada anomal istilər: 11 ölkədə temperatur 40-ı ötdü

Dünya | 13:31 • 6 Avqust 2017
Avropada anomal istilər:

Avropanın 11 ölkəsində havanın temperaturu müsbət 40 dərəcəni ötüb, bəzi regionlarda havanın hərarəti 47 dərəcəyədək yüksəlib.

Bu barədə "The Guardian” qəzeti yazıb.

Məlumata əsasən, meteoroloqlar yaxın günlərdə isti havaların davam edəcəyini proqnozlaşdırır. Anomal istilər İtaliya, İsveçrə,Macarıstan,Polşa,Rumıniya,Bosniya və Herseqovina,XorvatiyavəSerbiyada gözlənilir.

Qeyd edək ki, Avropada son temperatur rekordu 1977-ci ildə qeydə alınıb. O zaman Yunanıstanın paytaxtıAfinada havanın hərarəti müsbət 48 dərəcə təşkil edib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti