Xəzər Xəbər

Rusiyadan KXDR-ə ÇAĞIRIŞ: "Dondur..."

Dünya | 12:24 • 6 Avqust 2017
Rusiyadan KXDR-ə ÇAĞIRIŞ:

Rusiya KXDR-i raket və nüvə proqramlarını dondurmağa və nüvə silahının yayılmaması rejiminə sadiq qalmağa çağırıb.

Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenza bildirib.

"Şimali Koreya ərazisindən xəbərdarlıqsız buraxılan ballistik raketlər bölgədəki dəniz və aviasiya daşımalarına, habelə sadə vətəndaşların həyatına ciddi təhlükə yaradır. Şimali Koreya hökumətini qadağan olunmuş proqramları dondurmağa, nüvə silahının yayılmaması rejiminə, kimyəvi silahın qadağan olunması konvensiyasına qoşulmağa, habelə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarətinə keçməyə çağırırıq”, deyə Nebenza BMT TŞ-nın iclasında bildirib.

Bundan əvvəl BMT TŞ KXDR-ə qarşı sanksiyaları sərtləşdirən qətnamə qəbul edib./publika.az

Xəbər lenti