Xəzər Xəbər

Avropa od tutub yanır

Dünya | 11:12 • 5 Avqust 2017
Avropa od tutub yanır

Avropanın 11 ölkəsində havanın temperaturu müsbət 40 dərəcəni ötüb, bəzi regionlarda havanın hərarəti 47 dərəcəyədək yüksəlib.

"The Guardian” qəzeti xəbər verir ki, meteoroloqlar yaxın günlərdə isti havaların davam edəcəyini proqnozlaşdırır. Anomal istilər İtaliya, İsveçrə, Macarıstan, Polşa, Rumıniya, Bosniya və Herseqovina, Xorvatiya və Serbiyada gözlənilir.

Qeyd edək ki, Avropada son temperatur rekordu 1977-ci ildə qeydə alınıb. O zaman Yunanıstanın paytaxtı Afinada havanın hərarəti müsbət 48 dərəcə təşkil edib./publika.az

Xəbər lenti