Xəzər Xəbər

Yaponiyada tufan - 11 mindən çox ailə işıqsız qaldı

Dünya | 10:57 • 5 Avqust 2017
Yaponiyada tufan -

"Noru” tufanı Yaponiyanın cənubundakı Kaqoşima prefekturasına çatıb. Tufanın törətdiyi güclü külək nəticəsində 11 min ailə elektrik enerjisiz qalıb. Bu barədə "Kyushu Electric Power Co.” şirkəti məlumat yayıb.

Prefekturaya daxil olan adalara çatan tufan özü ilə güclü külək və yağış gətirib. Sinoptiklərin bildirdiyinə görə, belə güclü yağışlar 50 ildə bir qeydə alınır. Bəzi yerlərdə küləyin sürəti saniyədə 30 metrə çatır. Tufan şimal-şərq istiqamtində zəif sürətlə hərəkət etdiyinə görə yağışlı hava eyni ərazidə adətən olduğundan uzun müddət davam edir.

Tufanın mərkəzində hava təzyiqinin 965 qektapikselə bərabər olduğu bildirilir. Küləyin sürəti mərkəzdə saniyədə 35 metrə, şiddətli əsdikdə isə 50 metrə çatır.

Avqustun 6-da tufanın Kyuşu adasına çatacağı gözlənilir. İstiqamətini dəyişməyəcəyi təqdirdə isə onun avqustun 7-də və ya 8-də Hönşü adasına və paytaxt Tokioya çatacağı bildirilir./publika.az

Xəbər lenti