Xəzər Xəbər

İŞİD Avstraliya limanına girdi: Terror əməliyyatları dünyanı cənginə aldı

Dünya | 12:49 • 4 Avqust 2017
İŞİD Avstraliya limanına girdi:

Avstraliya polisi Sidney şəhərində yerləşən hava limanında aparılan axtarış əməliyyatları zamanı iki İŞİD terrorçusunu həbs edib.

Polis terrorçu qardaşların Türkiyədə gizlənən bir İŞİD liderinin göndərdiyi bombalarla sərnişin təyyarəsinə edəcəyi hücumun qarşısını alıb.

Hücum Birləşmiş Ərəb Əmirliklərinin "Etihad” şirkətinə məxsus sərnişin təyyarəsini hədəfləyibmiş.

Avstraliya Federal Təhlükəsizlik Müdirliyinin nümayəndəsi Maykl Pelan məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, 49 yaşlı Xalid Həyat və 32 yaşlı Mahmud Həyat adlı cinayətkarlar sərnişin təyyarəsilə yanaşı, qapalı ictimai məkanda zəhərli kimyəvi maddə yayaraq ikinci hücumun hazırlığını da aparıblar. Müavin bütün bu hücumların İŞİD terror təşkilatından ilhamlanaraq və təlimatlandırılaraq həyata keçirildiyini deyib.

Polis cinayətkarların bombaları ətçəkən maşınının içinə yerləşdirdiyini təsbit edib. Onlar maşını gizli olaraq başqa bir sərnişinin çantasına qoyub. Çanta ağır olması səbəbilə qeydiyyat əsnasında baqaja göndərilib. Burada keçirilən yoxlama zamanı da bombalar aşkar edilib.

Polis məsələ ilə bağlı şübhəli şəxs qismində 4 nəfəri həbs edib. Onlardan ikisi ifadə verdikdən sonra sərbəst buraxılıb. Cinayətkar qardaşların isə məhkəmə prosesi davam etməkdədir. Onların ömürlük həbs cəzasına məhkum ediləcəyi ehtimal edilir./publika.az

Xəbər lenti