Xəzər Xəbər

Misirdə yaşayış binası uçdu - Ölən və yaralananlar var

Dünya | 11:29 • 4 Avqust 2017
Misirdə yaşayış binası uçdu -

Misirin Əl-Mansura şəhərində beşmərtəbəli yaşayış binası uçub. İlkin məlumata görə, 3 nəfər ölüb, daha 9 nəfər isə xəsarət alıb.

Uçan bina uzun müddət qəzalı vəziyyətdə olub. Ölənlər arasında 7 yaşlı qızın da olduğu bildirilir.

Misirdə təhlükəli vəziyyətdə olan 2 milyonadək bina var. 100 mindən çox qanunsuz tikilən binanın sökülməsi barədə qərar verilməsinə baxmayaraq, onların əksəriyyəti hələ də istifadə olunmaqdadır./publika.az

Xəbər lenti