Xəzər Xəbər

ABŞ iddiaları yalanladı, agentliklər isə əksini görüntülədi

Dünya | 11:23 • 4 Avqust 2017
ABŞ iddiaları yalanladı, agentliklər isə əksini görüntülədi

Amerika Birləşmiş Ştatları İŞİD terror təşkilatına qarşı savaşan heç bir qrupa tank verməyib.

Bu barədə ABŞ-ın Türkiyədəki səfirliyi açıqlama verib.

Səfirliyin rəsmi Tvitter hesabından verilən açıqlamada YPG təşkilatına tank verilmədiyi, kiçik silahların isə özəl olaraq göndərildiyi bildirilib.

İraq ərazisindən keçərək Suriyanın şimalına gedən yük maşınlarında isə silahların deyil, qida və tibbi ləvazimatların daşındığı açıqlanıb.

Bütün bu iddiaların əksinə, "Royters” xəbər agentliyi son olaraq bölgəyə gedən zirehli avtomobillərin, yük maşınlarının və maşınlardakı mina təmizləyən texnikaların fotolarını çəkib paylaşmışdı./publika.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti