Xəzər Xəbər

3 min yezidi qadın hər gün təcavüzə məruz qalır

Dünya | 11:11 • 4 Avqust 2017
3 min yezidi qadın hər gün təcavüzə məruz qalır

İraqda mindən çox yezidi kişi itkin düşüb. 3 mindən çox qadın isə İŞİD terrorçuları tərəfindən hər gün təcavüzə və işgəncələrə məruz qalır.

Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Suriyada baş verən hadisələri araşdıran xüsusi komissiyası məlumat yayıb.

Qeyd edilib ki, 3 il əvvəl İraq Kürdüstanının Sincar əyalətinə hücum edən İŞİD yaraqlıları orada yüzlərlə kişini edam edib, qadınları isə əsir alıb.

Əsir qadınları satan və seksual köləyə çevirən terrorçular uşaqları isə ideoloji hazırlığa cəlb edərək kamikadzelər yetişdirirlər. /azvision.az

Xəbər lenti