Xəzər Xəbər

Tillersonla Lavrov arasında telefon danışığı olub

Dünya | 09:55 • 4 Avqust 2017
Tillersonla Lavrov arasında telefon danışığı olub

Rusiyanın xarici işlər naziri (XİN) rəhbəri Sergey Lavrovla ABŞ-ın dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub.

Bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, dövlət rəsmiləri iki ölkə arasındakı münasibətlərə dair son vəziyyəti müzakirə ediblər.

"Tərəflər 6-8 avqust tarixlərində Manilada keçiriləcək ASEAN-ın təhlükəsizlik üzrə forumu çərçivəsində baş tutacaq görüş zamanı Rusiya-ABŞ münasibətlərinin nizamlanması üzrə qarşılıqlı fəaliyyətin perspektivlərinin və ikitərəfli əlaqələrin hazırkı vəziyyətinin hərtərəfli müzakirə edilməsinə dair razılığa gəliblər”, - deyə məlumatda bildirilib.

Xəbər lenti