Xəzər Xəbər

Rusiya suriyalı müxaliflərlə razılaşdı

Dünya | 16:54 • 3 Avqust 2017
Rusiya suriyalı müxaliflərlə razılaşdı

Rusiyanın Müdafiə Nazirliyi Suriyanın Xüms şəhərində yeni bir gərginliyin qarşısını almaq üçün müxaliflərlə ortaq razılaşmaya gəldiklərini açıqlayıb.

Bu barədə nazirliyin sözçüsü İqor Konaşenkov məlumat verib.

O bildirib ki, Xümsün şimalında baş verə biləcək gərginliyin azaldılması üçün yerli vaxtla saat 12:00-dan etibarən atəşkəs elan ediləcək.

Razılaşmaya görə, Xümsün şimalındakı xəstə və yaralılar ruslara aid hərbi xəstəxanada müalicə alacaq, qarşlığında isə müxalif dəstələr Xüms-Xama magistral yolundan geri çəkiləcək.

Rus əsgərləri bölgəyə 4 avqustdan etibarən göndəriləcək.

Xəbər lenti