Xəzər Xəbər

Lukaşenko: 300 min belaruslunu işləməyə məcbur etməliyik

Dünya | 16:54 • 3 Avqust 2017
Lukaşenko:
Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, ölkənin 300 min vətəndaşını işləməyə məcbur etmək lazımdır. "BELTA" agentliyi xəbər verir ki, bu barədə o, avqustun 3-də çıxışı zamanı bildirib.

"Bizdə işləməyən insanların sayı ən azı yarım milyon nəfərdir. Onlardan 200 minini işdən azad edə bilərik: Çoxuşaqlı, xəstə və əlil insanlar bəlkə də işləmək istəyirlər, amma onların durumu buna imkan vermir",-deyə Belarusun dövlət başçısı qeyd edib.

"Amma 300 mini nə edək? Biz onları işləməyə məcbur etməliyik. Bu bütünlükdə bir ideologiyadır. Bunu xalqdan gizlətmək lazım deyil",-deyə Lukaşenko vurğulayıb./faktxəbər

Xəbər lenti

Çox oxunanlar