Xəzər Xəbər

Dünyanın ən qədim ailəsi uzunömürlülüyün — SİRRİNİ AÇDI

Dünya | 16:05 • 3 Avqust 2017
Dünyanın ən qədim ailəsi uzunömürlülüyün

13 bacı-qardaşdan ibarət ailə İrlandiyada yaşayır. Ailənin rekordu 2017-ci ilin iyul ayında "Ginnesin Rekordlar Kitabı"na daxil edilib.

Donelli ailəsinin üzvləri uzunömürlülüyün sirrini açıblar. Onlar qeyd ediblər ki, çox işləyiblər, futbol oynayıblar, bağlarında bitən alma yeyiblər və spirtli içkilərdən uzaq durublar. Donelli fermasının bağlarında yetişən alma Böyük Britaniyanın ən yaxşı almalarından sayılır. Bu alma sidr və məşhur alma piroqlarının hazırlanmasında istifadə edilir.

Ailənin ən cavan üzvü Leonun 70 yaşı var. O, jurnalistlərə başqa bir ailə sirrini açıb. Onun fikrinə görə, bütün ailə üzvləri gündə iki dəfə yulaf yeyir:

"Atamız tərəfindən təməli qoyulan adətə əməl edirik-yuxudan əvvəl nəsə isti qida qəbul edirik. Axşam saat 22:00 və səhər saat 07:00-da yulaf sıyığı qəbul edirik. Südlü yulaf sıyığına alma cemi əlavə edirik".

Donelli ailəsinin valideynləri Piter və Ellen İrlandiyaya 1921-ci ildə köçüblər. Ailədə 16 uşaq olub. Hazırda onlardan 13-ü həyatdadır. Ailənin ən yaşlı üzvü Şonun 92, Morinin 91 yaşı var.

"İnternational Longevity Centre"nin alimlərri Donelli ailəsinin pəhrizini ətraflı öyrənmək qərarına gəliblər. Ailə heç vaxt yarımfabrikat qidalardan istifadə etməyib.

Ailə üzvləri fermadakı toyuqların yumurtasından, ferma heyvanlarının ətindən istifadə edib. Yulafı isə tarlalarında yetişdiriblər.

Çox güman ki, yulaf sıyığından müntəzəm istifadə etmək uzunömürlülüyə təsir edir. Çünki araşdırma nəticələrinə əsasən dənli bitkilərdən müntəzəm istifadə edən şəxslər arasında ürək problemi səbəbindən dünyasını dəyişmək riski 15 faiz azdır.

Yulafın tərkibində olan B12 vitamini melatonin ifrazı üçün faydalıdır. Eyni zamanda yuxu və orqanizmin bioloji saatlarına nəzarət etmək üçün xeyirlidir.

Bundan başqa yulafın tərkibindəki maddələr ürək-damar sistemi xəstəlikləri riskini və xolesterini azaldır. Yulafın tərkibində olan antioksidantlar aterosklerozun qarşısını alır.

Xəbər lenti