Xəzər Xəbər

Hava şəraiti Çini SARSITDI

Dünya | 11:48 • 3 Avqust 2017
Hava şəraiti Çini

Ard-arda gələn təbii fəlakətlər Çini alt-üst etdi.

Ölkənin cənub və qərb bölgələrində güclü leysan yağışları ilə müşahidə edilən kəskin hava şəraiti 10 nəfərin həyatına son qoyub. Rəsmi məlumatlara görə, 4 nəfər itkin düşüb.

İyul ayının 30-dan avqustun 2-dək yağan aramsız yağışlar 20-dən çox rayona ciddi zərər vurub. Leysan yağışları daşqınlara və kiçik sürüşmələrə səbəb olub. Ümumilikdə regionda yaşayan 196 min nəfərdən çox sakin evsiz qalıb.

Nəticədə 800 bina yarasız hala düşüb, 6,5 min hektara yaxın kənd təsərrüfatı sahələri məhv olub. İlkin hesablamalara görə, hadisə nəticəsində ölkəyə 16,3 milyon dollar iqtisadi zərər dəyib./publika.az

Xəbər lenti